Sinema

Ötən ilin ən çox gəlir gətirən filmi

“Deadline” nəşri ilin ən çox gəlir gətirən filmlərinin adlarını açıqlayıb.

Azmagazin Lent.az -a istinadla xəbər verir ki, 2019-cu ilin gəlir gətirən filmləri siyahısında beşinci yerdə “Kapitan Marvel” filmidir. Yaradıcılarına 414 milyon dollar qazanc gətirib.

Ondan yuxarıda 437 milyonla “Coker” filmidir. “Kral Şir” 580 milyon dolları ilə “Coker”i üstələyir.

Onu üstələyən isə “Soyuq ürək” filmidir. 599 milyon dollara sahiblənib.

Siyahıda 890 milyon dollarla “Qisasçılar. Final” liderdir.