Dünyada Magazin

Övladının sağlamlığına laqeyd yanaşdı, tənqid olundu

Karantin müddətində maska və əlcəkdən hər kəsin istifadə etməsi tapşırığı verilməsinə baxmayaraq rusiyalı məşhur model İrina Şeyk buna məhəl qoymayıb.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, model hazırda xəstələyin ən çox tüğyan etdiyi Nyu-York şəhərində qızı Lea ilə gəzintidə olarkən paparatsilərin hədəfinə tuş gəlib.

Özünün və övladının sağlamlığını təhlükəyə atan İrinanın bu davranışı sosial şəbəkə izləyiciləri tərəfindən də tənqid olunub.

Qeyd edək ki, ötən gün Nyu-Yorkda 231 nəfər koronavirusdan vəfat etmişdi.