Digər Gündəm

“Pandemiyadan sonra dünya əvvəlki kimi olmayacaq”

“Vkontakt” sosial şəbəkəsinin və Telegram messencerin yaradıcısı Pavel Durovun fikrincə, koronavirus pandemiyasından sonra dünya heç vaxt əvvəlki kimi olmayacaq, dünyanı “sivilizasiya dəyişməsi” gözləyir.

Azmagazin Milli.Az -a istinadən xəbər verir ki, bu barədə Pavel Durov öz Telegram-kanalında yazıb.

İş adamı koronavirusun bütün insanlara ciddi təhlükə olduğuna əmindir: “Tezliklə dünyaya gələcək yeni dünya geridə buraxdığımız həyatdan daha yaxşı olacağı  bizdən asılıdır”.

O əlavə edib ki, özünütəcrid dövrü “özünün daha yaxşı versiyanı” yaratmağa kömək edə bilər, texnologiya isə burada öz dəyərini göstərə bilər.

Durov onu da əlavə edib ki, yaxın gələcəkdə Telegram yeni layihə əlavə onunacaq və buda özünütəcrid dövründə insana öyrənməsini yüngülləşdirməyə yardımçı olacaq.