Magazin Müsahibə

“Qadağan olunmalı verilişlər var” – İlkin

“Televiziyalarımız maraqlı yeni simalar üçün acdır. Hardasız? Niyə yoxsuz? Niyə gəlmirsiz?”.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni “MTV”yə müsahibəsində deyib. O, teleməkanlarda aparıcı çatışmazlığından şikayətlənib:

“Sanki müəyyən bir dövr oldu. Yeni simalar gəldi, özlərini göstərdilər. Aparıcılıq tərzi ilə filan yadda qaldılar. Daha sonra öz məharətlərini göstərmək üçün bilmirəm internet, “YouTube”, yoxsa İnstaqrammı imkan vermədi, yoxsa nədir? Amma çox istərdim ki, yeni simalar çıxsın. Ekrana baxanda adamın ürəyi açılsın ki, səlist danışır. “C, ç” problemi yoxdur. Gülərüzdür, sözləri düzgün tələffüz edir. Çox təəssüf ki, yeni belə simalarımız yoxdur”.

İlkin hazırda yayımlanan verilişlərlə bağlı da fikir bildirib:

“Özüm kənardan dayanıb onları izləyirəm. Sözün düzü pis görünür. Bugünkü gündə barmaqla sayılacaq televiziya kanallarımız və simalarımız var ki, o kanala baxanda çevirmək istəmirsən. Çox təəssüf ki, qadağan olunacaq verilişlərimiz var ki,  ona hər kəs, balacalar, böyüklər baxır. Düşünürəm ki, ölkədə olan bu islahatlar bizim televiziyalarda da öz təsirini göstərəcək. Hər şey əvvəlki kimi mükəmməl olacaq”.