Digər Dünyada Magazin

Qarnındakı döymənin dramatik bir hekayəsi var

Tanıtım üzü olduğu su firmasının reklam çəkilişində gözəlliyi ilə hər kəsi ovsunlayan Melissa Risonun qarnındakı döymə  dərin yara izlərini örtürmüş.

ABŞ-lı model Melissa Riso, reklam üzü olduğu su firmasının  çəkilişində obyektivlər qarşısına keçib.Amerikalı bir ata ilə Guamlı bir ananın qızı olan 31 yaşlı Riso, günəşin altında saatlarla obyektivə poz verib.Azmagazin.com xəbər verir ki, Melissa Risonun  diqqət çəkən qarnından yuxarıya doğru uzanan böyük döyməsi var. Risoya fərqlilik gətirən bu döymənin  olduqca dramatik bir hekayəsi olduğu ortaya çıxıb.Məktəb vaxtı 1 ci sinifdə oxuyarkən keçirdiyi yol qəzası nəticəsində sözün əsl mənasında ölümdən dönüb. Daxili qanaxma keçirən Melissa Riso, təcili əməliyyata alınıb. Əməliyyat zamanı qarnında dərin kəsiklər yaranıb.Daha sonra estetik əməliyyatla bu yara izini örtməyə çalışılsa da, nəticə çox da uğurlu olmayıb. Bunu görən Melissa Riso yara izlərini örtmək üçün başqa bir yola əl atıb.Özünün simvolu halına gələn o böyük döyməni döydürüb.