Dünyada Magazin

Qolunda sərvət daşıyır – Foto

Türkiyəli müğənni Ebru Polad bu dəfə saatı ilə gündəmə gəlib.

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə mütəmadi olaraq paylaşımlar edən ifaçının bahalı aksessuarının qiyməti “2 sayfa” verilişində açıqlanıb.

Aparıcılar Ebrunun qızıldan olan saatının 300 min Tl (təxminən 75 min manat) dəyərində olduğunu bildiriblər. 

Qeyd edək ki, daha öncə də türkiyəli müğənni Ebru Gündeş də 700 min Tl dəyərində olan saatı ilə gündəmə gəlmişdi.