Dünyada Magazin

Rusiyalı müğənni əriştəli vanna qəbul etdi

Rusiyalı müğənni Olqa Buzova öz “İnstagram” səhifəsində tez hazırlanan əriştəli vanna qəbul etməsinin videosunu paylaşıb.

Azmagazin Oxu.az-a istinadən xəbər verir ki, O.Buzova bunu azərbaycanlı bloqer Hüseyn Həsənovun çellencinə qoşularaq edib.

Müğənni vanna qəbul edərək, əriştədən yeyib.

Qeyd etmək lazımdır ki, soydaşımızın çellencinin beş ağlasığmaz tələbi var.

Bundan əvvəl O.Buzova öz brend paltarlarını yandırıb, beysbol taxtası ilə plazma televizoru sındırıb və hətta saçını kəsib.