Magazin

“Sənə üzr istətdirəcəyəm”

Müğənni Natavan Həbibi onu toy biznesindən uzaqlaşdıran həmkarlarından danışıb.Azmagazin Lent.az -a istinadən xəbər verir ki, “Show news” verilişinə açıqlamasında bu sözləri deyib:

“Hər zaman haqsız yerə hansısa hücumlara, böhtanlara məruz qalıram. O zaman mən cavab verirəm. Mənə toxunanda başa salıram ki, olmaz. Cavabım da birmənalı qarşılanmır.

Bizi milyonlarla insan izləyir, mənə təsir edir ki, onun haqqımda formalaşdırdığı fikir başqa insanlar tərəfindən necə qəbul olunur? Biri inanar, digəri onun kimi davranar və ya başqasına deyər. Necə ki, bu olmuşdu. Haqsızlıqlar mənə təsir edir.

Deyirlər, Natavan hamıya sözünü deyir, dava edir. Natavan dəlidir? Dayandığım yerdə niyə kimləsə dalaşım? İşim, öz dünyam yoxdur? Sizi nə edirəm? Nə insan kimi nə də müğənni kimi mənə maraqlısınız. Öz həyatım, maraqlarım var.

Sən mənə toxunursansa, dava salacağam. Axıra kimi sözümü deyəcəyəm sənə üzr istətdirəcəyəm. Sən fikrini dəyişdirəcəksən. Belə olmaz axı, anlayacaqsan ki, olmaz. Haqlı olduğun yerdə gəlib deyərəm ki “düz etməmişəm.

Mən sizə kömək edirəm, dəstək oluram, amma Natavanın uğuru boğazınızdan keçmir? Natavan sənin çörəyini əlindən alıb? Sənin kimi oxuyur? Özünü sənin kimi aparır? Axı sən heç Natavan da ola bilmərsən.

Natavan uğur qazanıbsa, “ruzisi ilə oynayım, cadu etdirim” deyə düşünürsüz. Utanın, ayıbdır, yekə adamlarsınız. Qorxmursuz ki, övladınız böyüyür, sabah onların başına bu şeylər gələcək?”