Magazin

“Sən o insanın nə çəkdiyini bilmədiyin halda…”

Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallının həbs olunmasına reaksiya verib.

Azmagazin Axsam.az -a istinadən xəbər verir ki, xanəndə bu barədə İnstaqramda paylaşım edib:

“Allah qəlbləri görüb onu mükafatlandırandır. Sən o insanın nə çəkdiyini bilmədiyin halda, hansı yükü daşıdığını, yorulub yıxılıb durduğunda ona yolun sonuna kimi dözüm verən Allahdır. Allah dualarımızı qəbul etsin”.

Qeyd edək ki, K.Zeynallı son günlər etdiyi yardımlarla gündəmdə idi. O, karantin qaydalarını pozduğu üçün 10 sutka həbs edilib.