Dünyada Magazin Galeri Maraqlı

Şahzadə toyunun hədiyyəsi satılır – Foto

Britaniya şahzadəsi Harri ilə amerikalı aktrisa, model Meqan Marklın toyunda qonaqlara paylanmış “Royal Wedding” hədiyyə paketi eBay-da satışa çıxarılıb.

Azmagazin.com Milli.Az-a istinadən bildirir ki, “ClaireOliver87” nikli şəxsin satdığı paketin ilkin qiyməti 21.400 funt-sterlinqdir.

Rəsmi hədiyyə paketinə “Windsor Castle” suyu, soyuducu üçün maqnit, iri sikkə formasında olan şokolad, peçenye qabı, qonaq nişanı, qonaq üçün bilərzik, avtomobil dayanacağına bilet, nikahla toyun proqramı, xəritə, təlimat, vizit kartlı məktub və hədiyyə çantası daxildir.