Gözəllik Sağlamlıq

Saxta kosmetik məhsullara DİQQƏT!

Kosmetik məhsul fırıldaqçıları ağlasığmaz üsullardan istifadə edirlər. Ayaqqabı boyası, kimyəvi maddələr və s.

Bu səbəbdən gözəlləşmək istəyərkən təhlükəyə addım atmış olursunuz.

Azmagazin Medicina.az-a istinadən bildirir ki, bu fırıldaqçılar insanların sağlamlığına məhəl qoymur. Milyonlarla dollarlıq maliyyəyə sahib kosmetika məhsulları bir çox üsulla saxtalaşdırılır.

Belə ki, onların istehsalında insan üçün zərərli olan ucuz maddələrdən istifadə olunur. Fırıldaqçılar divar, ayaqqabı boyasında istifadə olunan piqmentləri tuşa, qida üçün nəzərdə tutulan unu kirşana, özəl yağlar əvəzinə qızartma yağları isə nəmləndirici krem və ənliklərə qataraq istifadəçilərin ixtiyarına verirlər.

Özəlliklə internet üzərində satılan kosmetik məhsullara diqqət etmək lazımdır. Mütəxəssislər bildirir ki, kirşanın içinə qatılmalı olan maddə un ilə çox bənzəyir. Lakin bu maddə suyu sovurur, un isə sovurmur.Ona görə bu kirşanları üzünüzə vurduqda xəmir kimi olur. BU tp saxtakarlıq indi daha da çoxalıb.

Üstəlik saxta məhsullarla orginal məhsulu ayırmaq da xeyli çətindir. Buna görə də, kosmetik məhsulları gevəndiyiniz yerlərdən alınş Bu məhsulların ucuzluğuna aldanmayın. Lakin saxta məhsullar qoxusu ilə özünü ələ verə bilir.