Dizi Dünyada Magazin

Serialdakı sevgi gerçək oldu?

“Sən anlat Karadeniz” serialının baş rol ifaçıları İrəm Helvacıoğlu ilə Ulaş Astepenin sevgili olduğu deyilir.

Azmagazin.com Axşam.az -a istinadən xəbər verir ki, sosial şəbəkədə birgə fotolarını paylaşan tanınmışlar izləyiciləri iki yerə bölüb. İstifadəçilərdən bəziləri cütlüyün sevgili olduğunu iddia edib, digərləri isə “İrəmin sevgilisi var” deyərək buna etirazlarını bildiriblər.

“Serialdakı sevgi gerçək olacaq?” deyən izləyicilər fotoya 30 mindən çox “like” qoyub. Qeyd edək ki, İrəm serialda Nəfəs, Ulaş isə Tahir rolunu canlandırır.