Magazin

Sevda toyunun vaxtını açıqladı

“Nişanlım dörd yaş məndən böyükdür”.

Azmagazin Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri mart ayında gizli şəkildə nişanlanan müğənni Sevda Yahyayeva ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda deyib.

Karantin bitəndən sonra evlənəcəyini bildirən sənətçi nişanlısı haqqında bunları söyləyib: “Zakir musiqiyə bağlı insandır. Sevinirəm ki, qarşıma bu cür adam çıxıb”.

Qeyd edək ki, müğənni Sevda Yahyayeva Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Z.Bayramov “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır.