Magazin

Sevgilisi tərəfindən döyülən Günay bu addımı atdı

Bir neçə gün öncə iş adamı olan sevgilisi Taha Talıcla qalmaqal yaşayan azərbaycanlı model Günay Musayeva yenidən instaqram səhifəsini aktivləşdirib.Azmagazin Lent.az -a istinadən xəbər verir ki,model sevgilisi ilə qalmaqal yaşadıqdan sonra spsoal şəbəkədə olan bütün şəkillərini və videolarını silib. Əvəzində yeni şəkillərini paylaşıb.

Qeyd edək ki, ötən günlərdə Günay Tahanın onu döydüyü və təhdid etdiyini söyləyərək şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb. Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə yollanıb.

Musayeva isə qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə Taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb.