Magazin

Sevil və Sevinc yenidən efirə qayıdır?

Bir müddət öncə Xəzər TV-də aparıcılıq etdikləri “Hər şey daxil” proqramından ayrılan Sevil və Sevinc Səfərovalar yenidən efirə qayıtmaq istəyirlər.

Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, onlar “Instagram” hesablarında yeni veriliş açacaqlarının siqnalını veriblər:

“Yenidən hər səhər görüşəkmi? Tam fərqli bir proyekt olsun. Siz də bizim üçün, bizim darıxdığımız kimi darıxmısınız”.

Qeyd edək ki, bacılar 4 il eyni proqramla Xəzər TV-nin ekranlarında olub. Onlardan sonra veriliş aparıcılığını isə prodüser Tarix Əliyev edir.