Dünyada Magazin

“Şeytana aldanıb botoks etdirdim”

Aktrisa Songül Öden etdirdiyi plastik müdaxilələri açıqlayıb.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, sənətçi İbrahim Selimin proqramına qonaq olarkən bir neçə dəfə burun əməliyyatı etdirdiyini açıqlayıb:

“Burun əməliyyatı etdirmişəm. Nəfəs ala bilmirdim və əməliyyat masasına uzandım. Amma peşmanam, əslində indi nəfəs ala bilmirəm. Ailəm icazə vermirdi, pul toplayıb gizli getdim. Həkim bütün qığırdakları almışdı. Ondan sonra iki dəfə yenidən əməliyyat etdirdim. Qulağımdan qığırdaq alıb, burnumu düzəltdilər. Amma o daməşq zamanı zədə aldı. İndi nəfəs ala bilmirəm, amma həyatıma davam edirəm. Güləndə gözlərimin ətrafı qırışırdı. Şeytana aldanıb botoks etdirdim. Gülüşüm pozuldu. ərəblərlə bir reklam çarxına çəkiləndə rejissorlar gül dedi. “Burada gülmək düzgün alınmaz” deyib, onu fikrindən daşındırmağa çalışdım”.