Dizi Dünyada Magazin

“Sihirli Annem”də onlar rol alacaq

Yenidən çəkilişlərinə başlanılan “Sihirli Annem” serialının afişası yayımlanıb.

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, ekran işində Açelya Topaloğlu, Emre Altuğ, Nərgiz Kumbasar, Lalə Başar, Çiçək Acar, Bülənt Seyran, Hande Katipoğlu, Eylem Yıldız, Nisa Sofiya Aksongur, Cemre Dəmircan, Egemen Uysal, Eylül Uqan kimi məşhur aktyorlar rol alır.

Yayım tarixi bəlli olmayan serial Acun Ilıcalının yeni “Exxen” adlı platformasında nümayiş olunacaq.

Qeyd edək ki, “TV8” telekanlının sahibi olan Acun ekran işini qızı Melisanın xoşuna gəldiyi üçün yenidən lentə aldırır.