Maraqlı

“Simpsonlar 2” gəlir – 12 il aradan sonra

“Simpsonlar” serialının yaradıcısı Matt Qroeninq yeni filmin çəkiləcəyi müjdəsini verib.

Azmagazin Axşam.az – a istinadən xəbər verir ki, o, 12 il aradan sonra yeni ekran işini ərsəyə gətirəcəklərini deyib.

“İkinci bir filmin çəkiləcəyi ilə bağlı şübhə qalmayıb. “Disney” pul qazana biləcəyi bir şeylər istəyir. İlk film bizi çox yordu. Çünki, filmin senarisini serialdakı adamlar yazdı, animasiyaları etdi, səsləndirdi, musiqilərini yaratdı. Bu 2007-ci ildə idi. İndi özümüzə gəlmişik”.

Qeyd edək ki, 2007-ci ildə izləyicilərə tədim edilən ilk film 527 milyon dollarlıq gəlir gətirsə də, yaradıcı heyəti olduqca yormuşdu. İkinci filmin nə vaxt çəkiləcəyi ilə bağlı isə hələlik məlumat verilməyib.