Dünyada Magazin

Son onilliyin ən məşhur mahnısı bəlli oldu

Son onilliyin ən məşhur mahnısının adı açıqlanıb.

Azmagazin Oxu.az istinadən xəbər verir ki,bu barədə BBC xəbər yayıb.

Reytinq Britaniyanın radio və televiziyalarında mahnıların nə qədər səsləndirilməsi nəzərə alınmaqla tərtib olunub.

Siyahının lideri Farrell Uillyamsın “Happy” treki olub. Bu mahnı “Despicable Me-2” cizgi filmi üçün “soundtrack” olaraq yazılıb və Britaniya çartlarında ən populyar səkkizinci mahnı olub.

İkinci yerdə müğənni Adelin ikinci albomunun əsas mahnısı olan “Rolling In The Deep” gəlir. Xatırladaq ki, sözügedən bəstə müğənniyə üç “Grammy” mükafatı gətirib.

Siyahıda üçüncü yerdə “Maroon-5” qrupunun və Kristina Agileranın “Moves Like Jagger” mahnısı qərarlaşıb.