Magazin

“Şou aləmində başıma gələnlər Aygünə görə oldu” – Natavan

Müğənni Natavan Həbibi Xalq artisti Aygün Kazımova ilə olan münasibətindən söz açıb.

Azmagazin Lent.az -a istinadən xəbər verir ki,ifaçı “Söhbətsiz” verilişində bildirib ki, şou aləmində başına gələn qalmaqallar Aygün Kazımovaya görə olub:

“Bu günə qədər şou-biznesdə başıma gələn hadisələr Aygün Kazımovaya görə olub. Nəticədə biz onunla barışdıq, arada qalanlar pis oldu. Ona görə də mən sizə demişəm ki, o, sizi oynatmaq istəyəndə, getməyin. O, sizləri oynatdı. O, axı Aygün Kazımovadır. Siz uduzdunuz, o qazandı. Biz indi Aygün Kazımova ilə qarşılaşanda görüşürük”.