Magazin Video

“Şou-biznesimizdə saf adam yoxdur, canavarxanadı” – Nigar

“Çalışıram sosial şəbəkədə paylaşım edəndə Azərbaycan dilində şərh yazım. Amma bacarmayanda rus və ingilis dilindən istifadə edirəm. Bezirəm, insanlar hər dəfə yazır ki, öz dilimiz yoxdur? Öz dilimiz var, başqa dil bilmək də pis deyil”.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, bu sözləri Nigar Camal “Üçümüz” proqramında qonaq olarkən deyib. Sənətçi sosial şəbəkədə ona tez-tez ünvanlanan suallardan danışıb.

Şou-biznesdən bəhs edən Nigar sənət adamlarını qeyri-səmimi adlandırıb:

“Bütün dünya şou-biznesində qeyri-səmimilik var. Hər zaman demişəm ki, şou-biznesdə fağır, “tupoy” adam yoxdur. Bəziləri çalışırlar özlarını saf göstərsinlər, amma bizdə beləsi yoxdur. Bizim şou-biznes canavarxanadır. Kimsə səhnədə oxuyub, rəqs edir, sonra deyirsə utanıram… Buna inanmıram.

İnsanlar uğurlu adamları xoşlayırlar. Kimsə, uğursuzdursa yanında heç kim olmur. Kiminsə reytinqi düşə bilər, amma sonra yenidən qalxır. Onda yanında kim olacağını bilməlisən”.