Dünyada Magazin

Təcavüz cinayət deyil

“Təcavüzün çox ciddi günah və cinayət deyil”.

Azmagazin Milli.Az -a istinadən xəbər verir ki, bu sözləri avstraliyalı feminist yazıçı Jermen Qrir “Guardian” qəzetinə verdiyi müsahibəsində deyib. Yazıçının fikirləri təcavüz cəzasının azaldılmasına çağırış kimi qiymətləndirilib və ingilis ictimaiyyətində kəskin etirazla qarşılanıb.

Müəllifin sözlərinə görə, cəmiyyət təcavüzə dəhşətli cinayət kimi baxmaq əvəzinə, “laqeyd və diqqətsiz” hərəkət olaraq görməyə başlamalıdır. O, hesab edir ki, təcavüz edən şəxslər həbsxanada yatmamalıdır, sadəcə 200 saat dövlət xidməti göstərməli və ya qoluna “T” hərfi döymə edilməlidir.

İngiltərədə yaşayan 79 yaşlı yazıçının təcavüzü “pis cinsi əlaqə təcrübəsi” kimi təsvir etməsi sosial mediada da tənqid edilib.

“Təcavüzcülərin çoxu əslində heç bir ziyan vermir. Təcavüzü böyük bir günah kimi qəbul etmək əvəzinə sevgisiz intim yaxınlıq kimi baxın. Çünki təcavüz hissi pis cinsi münasibətdən fərqli deyil”.

Jermen Qrir müsahibəsində özünün də keçmişdə zorakılığa məruz qaldığını etiraf edib.