Dünyada Magazin

Tanınmış müğənni BOŞANDI

Türkiyənin tanınmış müğənnisi Əmrah həyat yoldaşı Sibel Erdoğandan boşanmaq qərarına gəlib.

Azmagazin Lent.az -a istinadən verdiyi məlumata görə, ifaçı 2014-cü ilin iyununda evləndiyi Sibellə yollarını ayırıb.

Əmrah boşanma ərizəsini vəkili Merve Fidan vasitəsilə Bodrum Ailə Məhkəməsinə təqdim edib. Boşanma zamanı Əmrah həyat yoldaşından heç bir şey tələb etməyib.

Qeyd edək ki, Əmrahla Sibel arasındakı ailə münaqişə ötən ilin yanvarından başlayıb.