Dünyada Magazin

Tanınmış müğənni pərəstişkarı ilə sevgilidir

Türkiyəli müğənni İsmail YK sevgi etirafı ilə gündəmə gəlib
Azmagazin Lent.az -a istinadən verdiyi məlumata görə, ifaçı Dilarə adlı pərəstişkarı ilə eşq yaşadığını bildirib.

İfaçı sosial şəbəkədə yayımladığı videoda sevgisini vurğulayıb. O, görüntüləri İbrahim Tatlısəsin “Söylimmi” mahnısının sədaları altında lentə alıb.

“İçindən gələn ən gözəl sözü söylə” deyə, İsmail YK qeyd edib.

Qeyd edək ki, Dilarə Almaniyada yaşayır.