Dünyada Magazin

Tuba sevgilisi ilə əl-ələ – fotolar

Aktrisa Tuba Büyüküstün iş adamı sevgilisi Umut Evirgenlə birlikdə görüntülənib.

Azmagazin.com Axşam.az -a istinadən xəbər verir ki, sevgililər ötən gücə təşkil olunan dəvətə əl-ələ gediblər.

Tuba tədbirdə həm geyimi, həm də saç düzümü ilə diqqət çəkib.

Qeyd edək ki, bir müddət əvvəl cütlüyün qısqanclıq üzündən ayrıldığı bildirilib. Umut sahib olduğu gecə klubunda Defne Samyelinin səhnə alcağını öyrənən Tuba sevgilisindən onu məkandan çıxarmağı istəyib. Lakin Umut Büyüküstünün bu istəyini qəbul etməyərək Defne ilə işləməyə davam edib. Bu isə aktrisanın qısqanclığına və iş adamı ilə dalaşmasına gətirib çıxarıb.