Dünyada Magazin

Türkan Şoray xəstəxanalıq oldu

Keçən il Cushing sindromu səbəbindən əməliyyat masasına yatan Türkan Şoray, bu dəfə bağırsaq infeksiya üzündən xəstəxanalıq oldu. Sənətkar, bazar ertəsi günündən bu yana xəstəxanada müalicə alır.

Türk kinosunun “Sultanı” sayılan aktrisa Türkan Şoray, yaşadığı sağlamlıq problemi səbəbindən ötən bazar ertəsi günü Fulya Acıbadem xəstəxanasında müalicə altına alınıb. Azmagazin.com xəbər verir ki,Bağırsaq infeksiya diaqnozu qoyulan məşhur aktirisa, 5 gündür xəstəxanada müşahidə altında saxlanılır. Narahatlığı səbəbiylə bir müddətdir yemək yeməkdə çətinlik çəkən aktirisanın bu üzdən 2 kilo çəki itirdiyi öyrənilib. Keçən il Cushing sindromu səbəbindən əməliyyat masasına yatan Türkan Şoray, o əməliyyatın ardından da 12 kilo çəki itirib. Şoray, artıq çəkilərinin səbəbinin Cushing sindromu olduğunu açıqlamışdı. Cushing sindromu, bədəndə həddindən artıq miqdarda kortizol hormonu istehsalı nəticəsində ortaya çıxan bir xəstəlikdir.