Gündəm

Türkiyə suriyalı pilotların canına qorxu salıb

Suriyanın İdlib vilayətində Türkiyənin gerçəkləşdirdiyi “Bahar sipəri” əməliyyatı çərçivəsində Bəşər Əsəd rejiminin itkiləri artır.

Azmagazin Milli.Az -a istinadən bildirir ki, əməliyyatlar başlayan gündən bəri Türkiyənin İdlibdəki məhdud hərbi kontingentinin hava hücumundan müdafiə qüvvələri Suriya Hərbi-Hava Qüvvələrinin 3 döyüş təyyarəsini vurub.

Dünən vurulan 3-cü təyyarə LA-39 “Albatros” idi. Bununla bağlı olaraq sosial şəbəkələrdə suriyalı pilotların xofunu və təlaşını göstərən, Suriya HHQ-ni ələ salan videolar yayılır.

Suriyalı hərbi pilotlar türk hərbçilərinin olduqları bölgələr üzərindən uçmağa çəkinirlər.