Dünyada Magazin Gündəm

Türkiyəli müğənni ermənilərin Gəncə terrorundan yazdı – FOTO

Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül ermənilərin Gəncədə törətdiyi terrora münasibət bildirib.

Azmagazin Lent.az -a istinadən xəbər verir ki, ifaçı paylaşımında düşməni qınayıb:

“Bu uşaqlara yazıqdır. Gəncədə sivil insanlara edilən bu hücumu qınayıram. Azərbaycanın yanındayam”.

Qeyd edək ki, oktyabrın 11-də ermənilərin Gəncədə törətdiyi terror nəticəsində 10 nəfər dünyasını dəyişib.