Magazin

“Uşağın qardaşım oğlu olduğundan şübhələnirəm” – Əməkdar artist

Əməkdar artist Nahidə Orucova 23 ildir görmədiyi qardaşı oğlunu axtarır. Aktrisa buna görə də “Səni axtarıram” verilişinə müraciət edib:

Azmagazin Lent.az-a istinadən xəbər verir ki,”Qardaşım öləndən sonra qız tamam kənara çəkildi, heç elə bil bunun əri ölməyib, soyuqqanlı davrandı. Ortaya düşən mən və bacım idi. Uşağı da gedib görürdük. Amma uşağın 2 yaşı olanda dedi ki, sizdən kömək istəmirəm. Yaşadıqları evi dəyişdilər, anası oğlanı göstərmədi bizə. Sonra onları axtardım, amma tapa bilmədim.

Məsələni ictimailəşdirmək istəmirdim. Uşaq da bizi axtarmadı. Təəccüblüdür ki, heç istəməyib doğmalarını tapmağa? Artıq aramızda doğmalığın olub-olmaması da şübhəlidir.

Hətta mən uşağın qardaşım oğlu olduğundan şübhələnirəm. Ona görə də tapsam, uşaqdan DNA analizi tələb edəcəm.

Qardaşım öldürüləndə arvadı maraqlanmadı. Məhkəmə prosesində iştirak etmədi, elə bil onun əri ölməyib. Ona görə də mənim içimdə gəlinlə bağlı şübhələr yarandı”.