İdman

Useyn Bolt qızını göstərdi, adının mənasından yazdı – FOTO

Səkkizqat Olimpiya, on birqat dünya çempionu – yamaykalı sprinter Useyn Bolt sevgilisi Kasi Bennettin doğum günündə qızının da şəklini paylaşıb.
Azmagazin Fanat.az -a istinadən xəbər verir ki,Əfsanəvi idmançı mayın 17-də doğulan körpənin adının mənasına da toxunub. Olimpiya Laytninq (Olympia Lightning) adlandırılan uşağın (“Lightning” ingilis dilindən tərcümədə şimşək işartısı mənasını verir) adını öz uğurlarının şərəfinə belə qoyduğunu açıqlayan Bolt yazıb:
“Kasini doğum günü münasibəti ilə tənrik edir, bu gözəl günü onunla – öz ailəmlə keçirmək istəyirəm. Sənə xoşbəxtlik arzlayıram. Üzündəki təbəssümü qorumaq üçün var gücümlə çalışacam. İndi qızımızla birlikdə yeni başlıq yazdıq. Həyatın bizə nələr verəcəyini həvəslə gözləyirəm”.