Dünyada Magazin

Vera Brejneva konsertində yıxıldı

Rusiyanın məşhur ifaçısı Vera Brejneva konsert zamanı yıxılıb.

Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, 13 aprel günü səhnədən enib tamaşaçıların arasında “Близкие люди” mahnısını ifa edən sənətçinin ayağı büdrəyib.

O, müvazinətini itirərək arxaya doğru yıxılıb. Köməkçinin yardımı ilə ayağa qalxan Vera mahnısını oxumağa davam edib.

Mahnı bitdikdən sonra müğənni “Artist olmaq həmişə asan deyil” deyərək yıxılmasını şərh edib.