Magazin

“Xəzər” TV-dən ayrılan Zaur bu işlə məşqul olacaq

Aparıcı Zaur Kamal 106.3 FM-də aparıcılıq edəcək.

Azmagazin Lent.az-a istinadən, bir neçə gün öncə “Xəzər” TV – dən ayrıldığını açıqlayan aparıcı bu barədə sosial şəbəkədə yazıb. 

O, bildirib ki, dekabrın 21-dən etibarən həftəiçi hər gün “Danışır Zaur” verilişində dinləyicilərin görüşünə gələcək. Zaur daha sonra paylaşımına “davamı var” sözlərini qeyd edib. 

Qeyd edək ki, Z.Kamal 23 il “Xəzər” TV-də çalışıb.