Dünyada Magazin

Xalq artistinin 11 minlik paltarı oğurlandı

Rusiyanın xalq artisti Filipp Kirkorovun konsert zamanı başına iş gəlib.

Azmagazin.com Axşam.az-a istinadən məlumatına görə, oğrular müğənninin konsert kostyumlarını götürüblər.

Hadisə Kirkorovun Pavlov səfəri zamanı baş tutub. İfaçının köməkçiləri polisə şikayət ediblər və hazırda bununla bağlı araşdırma aparılır. Oğurlanan 8 konsert geyiminin axtarışına başlanılıb.

Kirkoprov “Я” turu çərçivəsində oğurlanan kostyumlarını geyinməyi planlaşdırırdı. Ümumilikdə Filipə 11 min dollar ziyan dəyib.