Magazin Video

“Xatirəni ərinə yaraşdırmıram” – Vasifdən ŞOK MÜSAHİBƏ – VİDEO

Müğənni Vasif Məhərrəmli duet ortağı Xatirə İslam barədə danışıb.Azmagazin xəbər verir ki, Lent.az -ın canlı yayımına qonaq olan V.Məhərrəmli xanım həmkarı barədə bu sözləri deyib:

“Xatirə ilə dostuq. Aramızda ancaq dostluq münasibətləri var. Mən də ailəliyəm. Demirəm aydan arı, sudan duruyam. Amma evliyəm. Xatirə də ailəlidir, gözəl həyat yoldaşı var. Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin. Ona hər zaman o barədə bəxtəvərçilik verirəm. Deyirəm, get gecə-gündüz dua et ki, qarşına belə insan çıxıb: saf, təmiz, ağıllı, savadlı”.