Magazin Video

Xumar Qədimovadan yeni mahnı

Əməkdar artist Xumar Qədimova “Xəzər” TV-nin 5/5 verilişinin qonağı olub.

Populyar müğənni proqramda “Səbəbi sənsən” adlı yeni bəstəsini təqdim edib.
Hər zaman qeyri-adi ifaları ilə seçilən Xumar Qədimova növbəti dəfə Rəşad Məcid yaradıcılığına müraciət edib.
Xatırladaq ki, Xumar Qədimova bundan öncə də Rəşad Məcidin sözlərinə mahnı bəstələmişdi. “Çiyələk qadın” adlanan ifa dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdı.

Mənbə: Axşam.az