Magazin Video

Xumardan “Daha səni üzməyəcəm…” – Video

Əməkdar artist Xumar Qədimova uzun fasilədən sonra yenidən pərəstişkarlarını sevindirib.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, sevilən müğənni “Daha səni üzməyəcəm” adlı yeni mahnısını təqdim edib.

Hər zaman fərqli Xumar Qədimova yenə də ənənəsinə sadiq qalıb və sevənlərini təəccübləndirib. Müğənni bu dəfə şən bir musiqi seçib. Xumar bu ifası ilə dinləyicilərinə pozitiv əhval-ruhiyyə bəxş edəcək.

Bəstənin sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə, musiqisi isə Qədimovanın özünə aiddir.