Maraqlı

Yatmazdan əvvəl bunu etməyin

Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.

Azmagazin.com Axşam.az -a istinadən xəbər verir ki, Gün ərzində son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.Həmçinin şam yeməyinin daha azkalorili olması məsləhətdir. Çünki yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır, nəticədə orqanizmdə toksinlər və şlaklar yığılır, orqanizmdə intoksikasiya (zəhərlənmə) inkişaf edir.