Magazin

Yenə göylərdədir mənim xəyalım

Martın 1-də paytaxtın dəbdəbəli klublarından birində xalq artisti Aygün Kazımova “Aygün Kazımova Show” adlı konsert proqramı ilə çıxış edəcək.Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, sənətçi peşəkar rəqqaslarla birlikdə verəcəyi konsertin məşqlərini edir.

Kazımova rəsmi “İnstagram” hesabında məşqlərdən görüntülər paylaşıb. “Yenə göylərdədir mənim xəyallarım” yazan pop kraliça hitə çevrilmiş mahnılarını canlı ifa edib. 

Məşhurun makiyajsiz halda və formada olması diqqətdən qaçmayıb. Hər zaman sarı uzun saçlarla dolaşan A.Kazımova onları qısa kəsdirib. İmici ilə izləyicilərini heyrətləndirən xalq artisti konsert öncəsi fərqli bir obrazda tamaşaçıların önünə çıxacaq.