Magazin

Yeni görünüşü ilə təəccübləndirdi

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə yeni görünüşü ilə hər kəsi təəccübləndirib.

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki,sənətçi fotosunu İnstaqram səhifəsində paylaşıb. Bir vaxtlar artıq çəkiləri ilə gündəmə gələn İlqarə arıqlayıb. O, eyni zamanda saçlarını qısa kəsdirib.

Qeyd edək ki, İlqarə əməliyyatla piylərini kəsdirmişdi. Daha sonra isə o, ciddi pəhriz saxladığını və idmanla məşğul olduğunu bildirib.

İfaçının yeni görünüşünü izləyiciləri də bəyəniblər.