Maraqlı

Yenidən dənizlərə qayıdır

Bundan 106 il öncə Atlantik okeanda batan “Titanik” gəmisi yenidən dənizlərə qayıdır.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, 1912-ci ildə ilk səfərində qəzaya uğrayan “Titanik”in əslinin müasir versiyası “Titanik 2” inşa edilir.

500 milyon dollara başa gələcək gəminin təqdim ediləcəyi tarix də bəlli olub. Çin istehsalı olan “Titanik 2” 2022-ci ilində istifadəyə veriləcək.

1997-ci ildə ekrana köçən “Titanik” faciəsindən 110 il sonra dənizlərə geri dönən gəminin yolu da ilk “Titanik”lə eyni olacaq.

Gəmi ilk səfərini İngiltərənin Southampton bölgəsindən Nyu-Yorka edəcək.