Dünyada Magazin

“Yıxılmasam da çox büdrəmişəm” – Sezen Aksu

Türkiyənin tanınmış müğənnisi Sezen Aksu mərhum bəstəkar Atilla Özdemiroğluna həsr olunan verilişdə qonaq olub.

Azmagazin Lent.az -a istinadən verdiyi məlumata görə, ifaçı proqramda öz fikirlərini bölüşüb:

“Mən ən çox itirdiklərimlə sınanmışam. Yıxılmasam da çox büdrəmişəm. Atillanı itirdikdən sonra onun mahnılarını oxumaq məni çox incidir. Yerini doldura bilmirəm, bəzən ona çox ehtiyacım olur. Soruşmaq istədiyim şeylər var, danışmaq istəyirəm, amma yoxdur”.