
Müğənni Gülay Zeynallı səhnə geyimlərindən söz açıb.
Azmagazin Lent.az -a istinadən bildirir ki, ifaçı “7 canlı” verilişində “”Ən bahalı geyiminə nə qədər pul xərcləmisən. Səni hələ də yandırır” sualına belə cavab verib:
“Heç də yandırmır. Geyimə pul verəndə narahat olmuram. Həyatda hər zaman ilk özümə hörmət qoymuşam. Allah mənə ruzi verirsə, özümüzə xərcləməyi bacarmalıyıq”.