Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın yeni sevgilisinin kimliyi bəlli olub.
Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri yazıb.
Bildirilir ki, Günay biznesmen Taha Tatlıcı ilə sevgi münasibətinə başlayıb.
İki aydır sevgili olan cütlük Musayevanın podiuma çıxdığı Nyu-York Moda Həftəsinə qatılmaq üçün ABŞ-a da birlikdə gediblər. Sevgililər dəfilədən sonra romantik tətil ediblər.
Qeyd edək ki, Günay 2011-ci ildə evləndiyi aktyor Tolqa Kareldən 2015-ci ildə boşanıb.