“ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasının budəfəki qonağı müğənni Samir Piriyev olub.
Azmagazin.com Oxu.az -a istinadən xəbər verir ki, onluqda müğənniləri sıralayan Samir Natavan Həbibinin “Sevgi bizi yola verdi” mahnısını ikinci edib.
O, daha sonra Natavanı ikinci İlhamə Quliyeva adlandırıb:
“Buğa bürcündəndir, dəhşətdir. Qızım, sən yamansan. Ümumiyyətlə, Natavan idarəçidir. “Aypara” qrupunda çalışanda da belə idi. Aləmi bir-birinə vururdu.
Ağbirçəklik edirdi, hamı onunla məsləhətləşirdi. Onu kənardan müşahidə edirəm. Rəhmətliyin məktəbini görüb, ikinci İlhamə Quliyevadır, gəlir, ehtiyatlı olun”.