“Oskar” mükafatı laureatı olan dünya şöhrətli aktrisa Keyt Blanşet 100 qadının cinsi istismarda günahlandırdığı məşhur prodüser Harvey Veynşteynin qurbanları arasında olduğunu deyib.
Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Sənətçi “Harvey sizi də cinsi istismar edib” sualını “Bəli” deyərək təsdiqləyib:
“Veynşteyn ilk öncə yırtıcı heyvan kimi müdafiəsiz olanları ovladı. Ounla bağlı həmişə içimdə pis hiss olub. Mənə tez-tez “Biz dost deyilik” deyirdi. Onun etməyimi istədiyi şeyləri etmədim. Ümid edirəm ki, həbs olunar.
Qeyd edək ki, Veynşteynlə ilk dəfə 1999-cu ildə “Talantlı cənab Raypli” filmində ortaq çalışan aktrisa onunla işləməkdən heç vaxt zövq almadığını da bildirib.